20 Aprel 2025
Sürücülərin DİQQƏTİNƏ! - Bakıda bu yollar da BAĞLANIR

Sürücülərin DİQQƏTİNƏ! - Bakıda bu yollar da BAĞLANIR

Sürücülərin DİQQƏTİNƏ! - Bakıda bu yollar da BAĞLANIR

22 Aprel 2023 06:48 | Baxış sayı: 512

Bakıda daha bir neçə yol "Formula 1" üzrə Azərbaycan Qran Prisinə görə nəqliyyatın hərəkətinə bağlanacaq.

Bu barədə AJMEDİA.İNFO-ya Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən (BŞH) məlumat verilib.

Bildirilib ki, bu gün saat 22:00-dan etibarən Murtuza Muxtarov, Bünyad Sərdarov küçələrinin İstiqlaliyyət küçəsi ilə kəsişdiyi hissələr beton bariyerlərin quraşdırılması səbəbindən nəqliyyatın hərəkətinə bağlanacaq.

Buna səbəb “Formula 1” üzrə Azərbaycan Qran Prisinə hazırlıq çərçivəsində trekin keçdiyi yollarda beton bariyerlərin quraşdırılması prosesinin davam etdirilməsidir.

Qeyd edək ki, Azərbaycan Qran Prisi 28-30 aprelə təsadüf edəcək.