İsrail İranın nüvə obyektlərinə hücumu istisna etmir – KİV
6 saat əvvəlSuriyada Suriya prezidenti Bəşər Əsədin atasının abidələri sökülür
08 Dekabr 2024 15:17 | Baxış sayı: 360
Ərəb və Qərb mediası Dəməşqdə izdihamın Suriyanın devrilmiş prezidenti Bəşər Əsədin atası Hafiz Əsədin heykəlini sökməsinin görüntülərini yayıb. Hafiz Əsədin abidələri də Suriyanın digər şəhərlərində - Homs, Camaran, Dəraada da sökülüb.
AJMEDİA.İNFO xəbər verir ki, bundan başqa, Türkiyəyönlü islamçıların prezident sarayının ətrafında gəzişməsinin görüntüləri də ortaya çıxıb.
Bu gün səhər saatlarında Dəməşqin Türkiyəyönlü qüvvələrə təslim olması ilə bağlı məlumat yayılıb. Suriyanın hazırkı prezidenti Bəşər Əsədin gücü aşağı düşüb. Onun harada olduğu bilinmir.
Heyət Təhrir əş-Şamın rəhbərlik etdiyi türkyönlü qrupların ildırımlı hücumu noyabrın sonunda başlayıb.