İsrail İranın nüvə obyektlərinə hücumu istisna etmir – KİV
5 saat əvvəlSuriyada müxaliflər paytaxta girdi
08 Dekabr 2024 10:21 | Baxış sayı: 318
Suriya 13 ildən çox davam edən vətəndaş müharibəsindən sonra yeni dövrə qədəm qoyur.
AJMEDİA.İNFO xəbər verir ki, “Heyət Təhrir Əl-Şam”ın rəhbərlik etdiyi müxalif qruplar Homsdan sonra Dəməşqə daxil olublar.
Bildirilib ki, Prezident Bəşər Əsəd Dəməşqi tərk edib.
“Hələlik Əsədin marşrutunun istiqaməti məlum deyil. Suriya Ordu Komandanlığı öz zabitlərinə Əsəd rejiminin süqut etdiyini çatdırıb. Suriyanın baş naziri Məhəmməd Qazi Əl-Cəlali xalqın seçdiyi istənilən administrasiya ilə əməkdaşlığa hazır olduğunu bildirib”, - məlumatda deyilir.
Xaricdəki suriyalılara müraciət edən müxalif qüvvələr onları Suriyaya qayıtmağa çağırıb.
Suriyalılara işgəncə və qeyri-insani rəftarları ilə tanınan Sednaya həbsxanasındakı məhbuslar müxalif qruplar tərəfindən sərbəst buraxılıb.
Dəməşqdə minlərlə insan Əməvi meydanında toplaşaraq Bəşər Əsəd əleyhinə şüarlar səsləndirib.