20 Aprel 2025
Suriyada Əsəd rejiminin təbliğatçıları məhkəməyə cəlb olunacaq

Suriyada Əsəd rejiminin təbliğatçıları məhkəməyə cəlb olunacaq

Suriyada Əsəd rejiminin təbliğatçıları məhkəməyə cəlb olunacaq

14 Dekabr 2024 13:30 | Baxış sayı: 426

Suriyanın İnformasiya Nazirliyi Əsəd rejiminin təbliğatında iştirak etmiş şəxslərin məhkəmə qarşısına çıxarılacağını açıqlayıb.

AJMEDİA.İNFO-un məlumatına görə Nazirliyin bəyanatında qeyd edilir ki, keçid dövrü ədalət sisteminin çərçivəsində həmin jurnalistlər və media işçiləri məsuliyyətə cəlb olunacaq.

Onlar "birbaşa və ya dolayısı ilə" rejimin cinayətlərini və Suriya xalqına qarşı kütləvi qətlləri təbliğ etməkdə ittiham olunurlar. Nazirlik bu addımı ölkədə ədalətin bərqərar olunması üçün vacib bir mərhələ kimi qiymətləndirib.

Ekspertlər qeyd edir ki, bu qərar həm yerli, həm də beynəlxalq səviyyədə ciddi müzakirələrə səbəb ola bilər. Əsəd rejiminin təbliğatında iştirak etmiş jurnalistlərin bu prosesə necə cəlb ediləcəyi və bunun qanuni əsaslarının necə təmin olunacağı isə hələlik aydın deyil.//Musavat.com