SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
9 saat əvvəlSumqayıtda zavodda GÜCLÜ YANĞIN - VİDEO
13 İyun 2023 10:31 | Baxış sayı: 520
Sumqayıt şəhərində yerləşən Etilen-Polietilen Zavodunda yanğın başlayıb.
AJMEDİA.İNFO-nun xəbərinə görə, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə ilkin məlumat daxil olub.
Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri dərhal hadisə yerinə cəlb edilib.
Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.
Hadisə yerindən "SOCAR" Kimyaçı poliklinikasının Təcili Yardım şöbəsinin həkimi Vəfa Mustafayeva və tibb işçisi Aysel Turabova bildiriblər ki, hadisə zamanı ciddi xəsarət alanlar yoxdur. Yüksək təchizata malik Təcili və Təxirəsalınmaz Tibbi Qrupumuz hadisə yerində baş verə biləcək istənilən tibbi yardımın göstərilməsinə hazırdır.
Əlavə məlumat veriləcək.