20 Aprel 2025
Sumqayıtda yaşayış binasında dəhşətli PARTLAYIŞ: 3 nəfər... - VİDEO

Sumqayıtda yaşayış binasında dəhşətli PARTLAYIŞ: 3 nəfər... - VİDEO

Sumqayıtda yaşayış binasında dəhşətli PARTLAYIŞ: 3 nəfər... - VİDEO

03 Dekabr 2024 10:23 | Baxış sayı: 244

Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisində beşmərtəbəli yaşayış binasında mənzildə baş vermiş partlayışla əlaqədar FHN-in qüvvələri tərəfindən axtarış-xilasetmə əməliyyatı davam etdirilir.

AJMEDİA.İNFO xəbər verir ki, bu vaxtadək üç nəfər dağıntılar altından sağ çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

***

TƏBİB-dən bildirilib ki, dekabrın 3-ü saat 06:40 radələrində Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisində mənzildə partlayış baş verməsi barədə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub:

“Hadisə yerinə 6 təcili tibbi yardım briqadası cəlb olunub. İlkin məlumata görə, hadisə nəticəsində xəsarət alan 3 nəfər (2 kişi cinsli, 1 qadın cinsli) Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına hospitalizasiya olunub.

1977, 2007 və 2010-cu il təvəllüdlü şəxslər ağır yanıq xəsarətləri ilə Reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda 1 nəfərin vəziyyəti ağır, digərlərinin vəziyyəti isə orta ağırdır. Təcili tibbi yardım briqadaları hadisə yerindədir”.