20 Aprel 2025
Sumqayıtda yaşayanları SEVİNDİRƏCƏK XƏBƏR - Yenidən qurulacaq

Sumqayıtda yaşayanları SEVİNDİRƏCƏK XƏBƏR - Yenidən qurulacaq

Sumqayıtda yaşayanları SEVİNDİRƏCƏK XƏBƏR - Yenidən qurulacaq

29 Noyabr 2024 18:00 | Baxış sayı: 305

Sumqayıtda kanalizasiya və yağış suları sistemi yenidən qurulacaq.


Bu barədə AJMEDİA.İNFO-ya İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin Mətbuat Xidmətindən bildirilib.


Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti tərəfindən Sumqayıt şəhərində kanalizasiya və yağış suları sisteminin yenidən qurulması ilə bağlı işlərə başlanılır.


İşlərin icrası üçün "EL EPCM" MMC ilə dəyəri 41.505.291,51 AZN (41 milyon 505 min 291 manat 51 qəpik) olan müqavilə imzalanıb. Sumqayıt şəhərində kanalizasiya və yağış suları sisteminin yenidən qurulması işlərinə dekabrın ilk günlərindən başlanılacaq.


İlkin olaraq, "Acı dərə" kanalının trassası boyu kanalizasiya və yağış suları sisteminin yenidən qurulması işləri həyata keçiriləcək.


Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti artıq bununla bağlı hazırlıqlara başlayıb.