SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
8 saat əvvəlSumqayıtda qətlə yetirilən 1 yaşlı qızın nənəsi: "Atası gəzdirməyə aparıram dedi, gətirmədi, düşündüm, yəqin, dostu ilə..."
01 Aprel 2024 07:50 | Baxış sayı: 587
Xəbər verdiyimiz kimi, Sumqayıtın Hacı Zeynalabdin qəsəbəsində dəniz sahilində 1 yaş 4 aylıq Zeynəb Yeşilin meyiti aşkarlanıb. Araşdırmalarla 1984-cü il təvəllüdlü Yeşil Ahmet Turanın övladını suda boğaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
AJMEDİA.İNFO xəbər verir ki, hadisə ilə bağlı Baku TV-yə danışan uşağın nənəsi Azadə Abdullayeva atasının azyaşlını gəzməyə apardığını deyib:
“Amma onları uzun müddət gözləsək də, gəlib çıxmadılar. O, telefon zənglərimizə də cavab verməyib. Fikirləşdik ki, yəqin, acıq edərək uşağı dostunun yanına aparıb”.
Nənə ailədaxili söz-söhbətin olmadığını da vurğulayıb: “Onun beynində nə olduğunu isə bilmirik”.
Qeyd edək ki, Z.Yeşil A.Abdullayevanın qızının övladıdır. Qızının əri isə türkiyəlidir. Onun sözlərinə görə, övladı Türkiyədə Yeşil Ahmet Turanla dini və rəsmi nikaha girib.