Sumqayıtda mənzildən kişi meyiti tapılıb
29 İyul 2024 17:00 | Baxış sayı: 364
Sumqayıtda mənzildən 37 yaşlı kişinin meyiti tapılıb.
APA xəbər verir ki, hadisə şəhərin 16-cı mikrorayonunda yerləşən fərdi yaşayış evlərinin birində qeydə alınıb.
1987-ci il təvəllüdlü Səbuhi Salam oğlu Şirinovun meyiti yaşadığı evdə aşkarlanıb.
Fakt araşdırılır.