20 Aprel 2025
Sumqayıtda əhalinin təbii artımı kəskin azalıb

Sumqayıtda əhalinin təbii artımı kəskin azalıb

Sumqayıtda əhalinin təbii artımı kəskin azalıb

05 Dekabr 2024 10:03 | Baxış sayı: 320

Sumqayıt şəhərində əhalinin təbii artımı kəskin azalıb.
Açıqlanan rəsmi məlumatlarda bildirilir ki, 2015-ci ildə Sumqayıtda əhalinin hər 1000 nəfərinə təbii artım 11,1 olubsa, 2023-cü ildə bu göstərici 2,3-ə düşüb.

Bildirilir ki, 2015-ci ildə Sumqayıtda təbii artım 3 707 nəfər təşkil edibsə, 2023-cü ildə 978 nəfərə kimi azalıb. Bu illər ərzində doğulanların sayı 5 461-dən 2 997-ə düşdüyü halda, ölənlərin sayı 1 754-dən 2 019-a yüksəlib.

Onu da bildirək ki, təbii artımın azalmasına baxmayaraq şəhər əhalisinin sayı artaraq 2015-ci ildəki 336,2 min nəfərdən, 2023-cü ildə 427 min nəfərə çatıb.//Yeniavaz.com