Sumqayıtda 66 yaşlı kişi TUTULDU - Çimərlikdə qadınların...
16 İyul 2024 09:16 | Baxış sayı: 364
İyulun 12-də Sumqayıt şəhəri ərazisində yerləşən çimərlikdə 2 qadının içərisində mobil telefonu, geyim əşyaları, avtomobil və ev açarları olan çantalarının oğurlanması barədə polisə məlumat daxil olub.
AJMEDİA.İNFO xəbər verir ki, bu barədə DİN-in mətbuat xidmətindən bildirilib.
Sumqayıt ŞPİ 1-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən 66 yaşlı Y.Hacıyev müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.