20 Aprel 2025
Sumqayıtda 6 nəfəri it dişləyib – Hospitalizasiya olunublar

Sumqayıtda 6 nəfəri it dişləyib – Hospitalizasiya olunublar

Sumqayıtda 6 nəfəri it dişləyib – Hospitalizasiya olunublar

10 Aprel 2025 08:00 | Baxış sayı: 396

Bu gün saat 18:00 radələrində 6 nəfər it dişləməsi diaqnozu ilə Sumqayıt Tibb Mərkəzinin nəzdindəki tibb müəssisələrinə hospitalizasiya olunub.
AJMEDİA.İNFO xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.

Qeyd olunub ki, Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilən 1 nəfərə zəruri tibbi yardım göstərilib, müvafiq peyvənd vurulan, vəziyyəti qənaətbəxş olan şəxs ambulator müalicə üçün evə buraxılıb.

Uşaq Xəstəxanasına yerləşdirilən 5 nəfərin hər birinə zəruri tibbi yardımlar göstərilib. Müvafiq peyvənd vurulan, vəziyyəti qənaətbəxş olan 4 nəfər ambulator müalicə üçün evə buraxılıb. Başın dişlənmiş-didilmiş yarası diaqnozu təyin edilən 1 nəfərin müalicəsi isə Uşaq Xəstəxanasının Cərrahiyyə şöbəsində davam etdirilir, hazırda vəziyyəti orta ağırdır.

Teqlər:
Sumqayıt