SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
8 saat əvvəlSumqayıtda 4 aylıq körpə MİSMAR UDDU - FOTO
27 Dekabr 2023 08:23 | Baxış sayı: 541
Sumqayıtda yad cisim udan 4 aylıq körpə xilas edib.
AJMEDİA.İNFO xəbər verir ki, bu barədə TƏBİB-in İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri, Elnur Hidayətoglu məlumat yayıb.
Bildirib ki, yad cisim Sumqayıt Tibb Mərkəzinin nəzdində olan Uşaq Xəstəxanasının Təcili yardım şöbəsində körpənin orqanizmindən çıxarılaraq onun həyatı xilas edilib.
Körpə xəstəxanaya yeni çatdırılan zaman ona həzm yolunda yad cisim diaqnozu qoyulub və dərhal əməliyyat edilib. Əməliyyatı uğurla başa çatan körpə zəruri tibbi xidmətlərdən sonra ambulator müalicə üçün evə buraxılıb.
Hazırda onun vəziyyəti stabildir.