SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
12 saat əvvəlSudanda silahlı münaqişə başlayandan bəri 190 uşaq həlak olub
05 May 2023 03:07 | Baxış sayı: 589
Sudanda ordu ilə xüsusi təyinatlı qüvvələr arasında silahlı münaqişə başlayandan bəri 190 uşaq həlak olub.
Bu barədə Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun (UNICEF) icraçı direktoru Ketrin Rassel bildirib.
Onun sözlərinə görə, ölkədə hərbi əməliyyatlar başlayandan 1 700 uşaq müxtəlif xəsarətlər alıb:
“Sudanda vəziyyət ağırdır və uşaqlar bunun əvəzini öz canları ilə ödəyirlər. Uşaqlar üçün münaqişə dayandırılmalıdır. Tərəflər tibb müəssisələrinə, məktəblərə, su və kanalizasiya obyektlərinə və digər infrastrukturlara hücumları dayandırmalıdırlar”.
UNICEF-in Sudandakı təsisatlarının zədələndiyini və resurslarının talan edildiyini qeyd edən Rassel, bu vəziyyətin yardım səylərinə ciddi mənfi təsir göstərdiyini qeyd edib.
“UNICEF həmçinin Sudanda uşaqların sülh içində böyüməsi və gələcəyə ümidlə baxması üçün böhranın uzunmüddətli siyasi həllinə çağırır”.