SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
11 saat əvvəlSudanda birhəftəlik humanitar atəşkəs qüvvəyə minib
23 May 2023 02:06 | Baxış sayı: 642
Sudanda silahlı münaqişənin tərəfləri - Sudan ordusu və çevik reaksiya qüvvələri (xüsusi təyinatlılar) arasında əldə edilmiş birhəftəlik humanitar atəşkəs qüvvəyə minib.
Bu barədə “Al-Hadath” telekanalı məlumat yayıb. Məlumata görə, atəşkəs qüvvəyə minməzdən əvvəl Xartumda partlayış səsləri bir müddət eşidilib. Hazırda paytaxtda sükut hökm sürür.
Əldə edilən razılaşmaya əsasən, mülki əhalinin təhlükəsiz çıxarılması və humanitar yardımın paylanması məqsədilə hərbi əməliyyatlar yaxın 7 gün ərzində dayandırılacaq.
Münaqişə tərəfləri əhalinin su və elektrik enerjisinə çıxışını bərpa etmək, öz qüvvələrini xəstəxanalardan və digər mühüm infrastruktur obyektlərindən çıxarmaq barədə razılığa gəliblər.
Xatırladaq ki, mayın 20-də axşam saatlarında Ciddədəki ordu və çevik reaksiya qüvvələrinin nümayəndə heyətləri humanitar atəşkəs haqqında razılıq əldə olunub.