20 Aprel 2025
Sudan ordusu Xartumda xüsusi təyinatlılara qarşı əməliyyat keçirib

Sudan ordusu Xartumda xüsusi təyinatlılara qarşı əməliyyat keçirib

Sudan ordusu Xartumda xüsusi təyinatlılara qarşı əməliyyat keçirib

22 İyun 2023 01:05 | Baxış sayı: 619

Sudan ordusunun bölmələri Xartum və Omdurmanda çevik reaksiya qüvvələrinin dəstələrinə qarşı xüsusi əməliyyatlar keçirib.

Bu barədə Sudan silahlı qüvvələrinin nümayəndəsi bildirib.

Məlumata görə, əməliyyat zamanı çevik reaksiya qüvvələrinin bir neçə zirehli texnikası məhv edilib.

Ordu bölmələri Xartumun bir neçə rayonunda da xüsusi təyinatlıların mövqelərinə və obyektlərinə zərbələr endirib.

Qeyd edək ki, iyunun 21-i tərəflər arasında üçgünlük atəşkəs başa çatıb.

Son iki ay ərzində Sudan münaqişəsinin tərəfləri ondan çox atəşkəs elan etsə də, onların heç birinə tam əməl olunmayıb.