İsrail İranın nüvə obyektlərinə hücumu istisna etmir – KİV
5 saat əvvəlSudan ordusu və çevik reaksiya qüvvələri Ciddədə danışıqlar aparacaq
05 May 2023 22:42 | Baxış sayı: 505
Sudan ordusunun və çevik reaksiya qüvvələrinin nümayəndələri Səudiyyə Ərəbistanının Ciddə şəhərində danışıqlar aparacaq.
Bu “Al Arabiya” telekanalı məlumat yayıb.
Məlumata görə, ordu nümayəndə heyətinə general-mayor Əbu Bəkr Faquiri, həmçinin Sudanın BMT-dəki keçmiş daimi nümayəndəsi Ömər Siddiq daxildir.
Çevik reaksiya qüvvələrinin nümayəndə heyətləri isə adları açıqlanmayan üç zabitdir.
Bundan əvvəl BMT-nin Sudandakı nümayəndəsi bildirib ki, münaqişə tərəfləri arasında danışıqlar ya Ciddədə, ya da Cənubi Sudanın paytaxtı - Cubada keçirilə bilər.