SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
12 saat əvvəlSuares bu dəfə Albanı DİŞLƏDİ
15 Aprel 2025 12:42 | Baxış sayı: 358
"İnter Mayami"nin hücumçusu Luis Suares KONKAKAF Çempionlar Kubokunun 1/4 finalında “Los-Anceles”lə cavab oyununda (3:1) Xordi Albanı dişləyib.
AJMEDİA.İNFO xarici mediaya istinadla bildirir ki, hadisə oyunun 89-cu dəqiqəsində iki komandanın futbolçuları arasında əlbəyaxa dava zamanı baş verib. Dava zamanı “İnter Mayami”nin müdafiəçisi Jordi Alba əlini Suaresin sinəsinə qoyub, qarşı tərəf də onun barmağını dişləyərək cavab verib.
Bu, Suaresin karyerasında ilk belə epizod deyil. 2010-cu ildə "Ayaks"da oynayarkən PSV-nin yarımmüdafiəçisi Otman Bakkalı dişləyib. 2013-cü ildə "Liverpul"da oynayarkən uruqvaylı "Çelsi"nin müdafiəçisi Branislav İvanoviçi dişləyib. Suareslə bağlı ən məşhur insident 2014-cü ildə Braziliyada keçirilən Dünya Çempionatında onun hərəkətləri nəticəsində İtaliya millisinin müdafiəçisi Giorgio Kyellinini zədələdiyi zaman baş verib.
Suares 2024-cü ilin qışında "Qremio"dan azad agent kimi "İnter Mayami"yə keçib. 38 yaşlı hücumçu Florida klubunda 50 oyun keçirib, 29 qol vurub və 18 məhsuldar ötürmə edib.