SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
11 saat əvvəlStoltenberq daha bir il NATO-nun baş katibi vəzifəsində qalacaq
04 İyul 2023 10:47 | Baxış sayı: 491
NATO-nun baş katibi Yens Stoltenberq 2024-cü il oktyabrın 1-dək vəzifəsində qalacağını açıqlayıb.
Bu barədə Stoltenberq özü açıqlama verib.
NATO diplomatları Stoltenberqin böhran vəziyyətlərində hərbi alyansı idarə etmək bacarığını qeyd edirlər. Onlar hesab edirlər ki, baş katibin səlahiyyət müddətinin uzadılması vaxta qənaət etməyə və namizədlərlə bağlı debatlar təşkil etmək əvəzinə diqqəti Ukraynaya dəstək göstərilməsinə cəmləməyə imkan verəcək.
Xatırladaq ki, onun səlahiyyət müddəti 2023-cü il sentyabrın 30-da başa çatır.