İsrail İranın nüvə obyektlərinə hücumu istisna etmir – KİV
6 saat əvvəl“Starship” raketini sınaqdan keçirilib
28 İyun 2023 00:04 | Baxış sayı: 677
ABŞ yeni “Starship” raketini sınaqdan keçirib.
Sınaqlar "NASA Spaceflight" yutub kanalı tərəfindən yayımlanıb.
Raketin əsas sistemlərini sınaqdan keçirmək üçün SpaceX onu yanacaq və oksidləşdirici ilə dolduraraq, bir neçə saniyə ərzində mühərrikləri işə salıb.
Sınaq Texasın Boka Çika şəhəri yaxınlığındakı SpaceX kosmodromunda baş tutub.
"Starship S25" aprelin 20-də orbital sınaq uçuşu zamanı partlayan S24 raketinin davamçısıdır. İlon Maskın daha əvvəl dediyi kimi, S25 təxminən altı həftəyə uçmağa hazır ola bilər.