SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
8 saat əvvəl“Sputnik-Azərbaycan” fəaliyyətini davam etdirir?
13 Fevral 2025 17:23 | Baxış sayı: 268
Hazırda “Sputnik-Azərbaycan” əməkdaşları işini davam etdirir. Rəsmi qərar olmayana qədər işçilərimizin sayının azaldılacağı barədə yayılan xəbərlərə şərh vermirik.
AJMEDİA.İNFO xəbər verir ki, bu barədə Teleqraf-a “Sputnik-Azərbaycan”ın redaksiyasından bildirilib.
Xatırladaq ki, “Caliber.az” saytı Azərbaycan mövcud uyğunsuzluğu aradan qaldırmaq üçün xarici KİV-lərin ölkəmizdəki nümayəndəlik və filiallarının faktiki fəaliyyətinə müəyyən düzəlişlər etmək qərarına gəldiyini yazıb. Məlumata görə, düzəlişlər əsasən “Rossiya seqodnya” beynəlxalq informasiya agentliyinin ölkədə filialı kimi fəaliyyət göstərən “Sputnik-Azərbaycan” nəşrinə, eləcə də “BBC”yə (“BBC News Azərbaycanca”) təsir edəcək.