20 Aprel 2025
Sosial şəbəkədə mübahisələri düşüb – “Razborka” üçün məktəbi seçiblər + DETALLAR

Sosial şəbəkədə mübahisələri düşüb – “Razborka” üçün məktəbi seçiblər + DETALLAR

Sosial şəbəkədə mübahisələri düşüb – “Razborka” üçün məktəbi seçiblər + DETALLAR

03 Oktyabr 2024 10:59 | Baxış sayı: 319

Bu gün hadisənin həmin rayonda yerləşən 71 nömrəli tam orta məktəbdə baş verməsi bəlli olub.


AJMEDİA.İNFO xəbər verir ki, hadisə ötən gün 15:30 radələrində dərsdənkənar vaxtda qeydə alınıb.


Qətlə yetirilən şəxs 71 nömrəli məktəbin XI sinif şagirdidir. Hadisəni törədən şəxs isə məktəbli deyil, ötən il lX sinifdən sonra təhsilini davam etdirməyib.


İlkin araşdırmalar zamanı məlum olub ki, onlar arasında sosial şəbəkədə mübahisə yaranıb. Daha sonra yeniyetmələr yer təyin edərək görüşüblər. Bu zaman Y. Mirzəyev həmyaşıdının bud nahiyəsinə bıçaqla zərbə endirib. Xəsarət ölümcül olmasa da, bıçaq zərbəsi digərinin vena damarını kəsib və o, çoxlu qan itirib. 16 yaşlı oğlan xəstəxanaya çatdırılsa da, vəfat edib.(https://savashmedia.az/sosial-sebekede-mubahiseleri-dusub)


Faktla bağlı Cinayət Məcəlləsinin 126.3-cü (Qəsdən sağlamlığa ağır zərərvurma-ölümlə nəticələndikdə) maddəsi ilə iş başlanılıb. Cinayətdə şübhəli bilinən şəxs polis tərəfindən müəyyən edilərək saxlanılıb. (SAVASHMEDİA.az)