SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
12 saat əvvəlŞorgöz kişiləri necə tanımaq olar? - Qadınların DİQQƏTİNƏ!
19 Fevral 2025 16:39 | Baxış sayı: 317
Uzunmüddətli münasibətlərin əvəzinə flirt etməyi sevən kişilər "qadın həvəskarı", "şorgöz" adını alıblar. Bu tip kişilərlə münasibət qurmaq əbəsdir.Çünki onlar münasibətlərini sədaqət üstündə qurmurlar.
AJMEDİA.İNFO şorgöz kişilərin xarakterik xüsusiyyətlərini təqdim edir:
Onlar xoş davranışlarla qarşı tərəfi cəlb edə bilirlər. Münasibətlərin ilk dövründə gözəl sözlərdən istifadə edir, hədiyyələr alır və həddindən artıq diqqət və qayğı göstərirlər. Ancaq zamanla bu davranışlar dəyişir və onlar asanlıqla maraq və diqqətini başqa tərəfə yönəldə bilirlər. Tez-tez yeni əlaqələrə və təcrübələrə açıq olurlar.
Qadın həvəskarı olan kişilər çox vaxt başqalarının diqqətini çəkməyə çalışırlar. Göz təması qurmaq, özlərini cazibədar göstərmək belə kişilərin ən çox istifadə etdiyi üsullardır. Hətta münasibətlərin ilk dövründə özünü ideal tərəfdaş kimi təqdim edirlər.
Bu tip kişilərlə münasibət qurarkən diqqətli olmaq və onların davranışlarını düzgün qiymətləndirmək lazımdır... (Sfera.az)