SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
11 saat əvvəlSonist rejimi ilə əməkdaşlıq edən istənilən ölkə İran silahlı qüvvələrinin hələfinə çevriləcək
03 Yanvar 2023 10:12 | Baxış sayı: 604
Yüksək məqamlı iranlı hərbçi, general-mayor Qolaməli Rəşid bəyan edib ki, İran silahlı qüvvələrinin gücü «düşmən üçün dağıdıcıdır» və xəbərdarlıq edib ki, İranın təhlükəsizliyini təhdid etməkdə sonist rejimi ilə əməkdaşlıq edən istənilən ölkə İran silahlı qüvvələrinin hələfinə çevriləcək.
AJMEDİA.İNFO bildirir ki, bu barədə İranın İRNA informasiya agentliyi xəbər verib.
General qeyd edib ki, «sionist rejimi» İran da daxil olmaqla, bölgənin bütün ölkələri üçün hərbi təhlükəsizlik təhdididir.
Mollaxana generalı Rəşid öz çıxışında əlavə edib ki, İranın birləşmiş gücü düşmənə qarşı dağıdıcıdır və istənilən ölkə İranın milli təhlükəsizliyini təhdid etməklə, ölkənin silahlı qüvvələrinin hədəfinə çevriləcək və İran ordusu buna qarşı lazımi cavab tədbirləri görəcək.