SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
8 saat əvvəlSON DƏQİQƏ - Xocavənddə PARTLAYIŞ: Xəsarət alan var
10 Fevral 2024 08:07 | Baxış sayı: 679
Xocavənddə hərbi təyinatlı partlayıcı partlayıb.
AJMEDIA.INFO xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupu məlumat yayıb.
Bildirilib ki, fevralın 10-da saat 09:30-da Xocavənd rayonu Çartar kəndi ərazisində arıçılıq təsərrüfatında hərbi təyinatlı partlayıcının partlaması ilə bağlı polisə məlumat daxil olub.
Bildirilib ki, 1996-ci il təvəllüdlü Samir Füzuli oğlu Ələsgərov əlindən xəsarət alıb. Vətəndaş xəstəxanaya təxliyə edilib.
Faktla bağlı araşdırma aparılır.