20 Aprel 2025
SON DƏQİQƏ! Türkiyədə zəncirvari yol qəzası olub, xeyli sayda yaralı var

SON DƏQİQƏ! Türkiyədə zəncirvari yol qəzası olub, xeyli sayda yaralı var

SON DƏQİQƏ! Türkiyədə zəncirvari yol qəzası olub, xeyli sayda yaralı var

30 Mart 2023 19:02 | Baxış sayı: 600

Türkiyədə avtobus və yük maşınlarının da olduğu 11 nəqliyyat vasitəsi toqquşub.

Zəncirvari yol qəzasında ilkin məlumata görə, 17 nəfər xəsarət alıb. Yaralılardan birinin vəziyyəti ağır qiymətləndirilir.

Hadisə Samsun-Ankara avtomobil yolunun Kavak qəsəbəsinin girişində baş verib.

Qəzaya səbəb kimi qarlı hava səbəbindən yolların buz bağlaması göstərilir.

Yol-nəqliyyat hadisəsi zamanı sərnişin avtobusu və minik avtomobili yol kənarındakı boşluğa düşüb, 2 minik avtomobili isə qarşıdakı yük maşınlarına arxadan çırpılıb.

Əraziyə çoxlu sayda sağlamlıq, xilasetmə və polis qrupları cəlb edilib.