İsrail İranın nüvə obyektlərinə hücumu istisna etmir – KİV
6 saat əvvəlSON DƏQİQƏ: Şəhidlərimiz VAR - Erməni təxribatı + FOTOLAR
05 Mart 2023 21:27 | Baxış sayı: 644
Martın 5-də səhər saatlarında qeyri-qanuni erməni birləşmələrinin törətdikləri təxribat nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları Əlibəyli Şəhriyar Ramiz oğlu və Hüseynov Eşqin Cəmil oğlu şəhid olublar.
AJMEDİA.İNFO bu gün şəhid olan Şəhriyar Əlibəylinin və Eşqin Hüseynovun fotolarını təqdim edir:
Həmçinin, Şəhriyar "Xocavəndin azad olunmasına görə", "Şuşanın azad edilməsinə görə" və "Vətən müharibəsi iştiraкçısı" medalları ilə təltif olunub.
Qeyd edək ki, Şəhriyar Əlibəyli Qəbələ rayonunun Vəndam kəndində doğulub. Eşqin Hüseynov isə 2001-ci ildə Tovuzun Girzan kəndində anadan olub.