20 Aprel 2025
SON DƏQİQƏ: Qarabağ qazisi özünü yandırdı

SON DƏQİQƏ: Qarabağ qazisi özünü yandırdı

SON DƏQİQƏ: Qarabağ qazisi özünü yandırdı

24 İyul 2023 10:08 | Baxış sayı: 717

Abşeron rayonunda intihar hadisəsi baş verib.

Lent.az-ın əldə etdiyi məlumata görə, hadisə Məhəmmədi qəsəbəsində qeydə alınıb.

Qəsəbə sakini, 1990-cı il təvəllüdlü Nizaməddin İbadov yaşadığı evin qarşısında üzərinə benzin tökərək özünü yandırıb.

Ağır vəziyyətdə xəstəxanaya çatdırılan N.İbadovun həyatını xilas etmək mümkün olmayıb.

Məlumata görə, N.İbadov İkinci Qarabağ müharibəsi qazisidir.

O, Suqovuşanın, Hadrutun, Füzulinin, Cəbrayılın və Kəlbəcərin işğaldan azad olunmasına görə medalları ilə təltif olunub.

N.İbadov müharibədən sonra ruhi xəstəliyə tutulubmuş.

Faktla bağlı araşdırma aparılır.