Sumqayıtda iki məhəllələrdəki evlər söküləcək - hər kvadratmetrə 1500 manat veriləcək
2 saat əvvəlSON DƏQİQƏ! Laçın sərhəd-keçid məntəqəsi ATƏŞƏ TUTULDU - Hərbçimiz YARALANDI
15 İyun 2023 06:07 | Baxış sayı: 496
15 iyun 2023-cü il tarixdə saat 08:45-də Ermənistan Respublikası ərazisindən açılmış atəş nəticəsində Laçın dövlət sərhədindən buraxılış məntəqəsində xidmət aparan Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu yaralanıb.
Bu barədə AJMEDİA.İNFO-ya Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verilib.
Bildirilib ki, cavab atəşi ilə düşmənin atəş nöqtəsi susdurulub, əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.
"Yaralanmış hərbi qulluqçumuza ilkin tibbi yardım göstərilmiş, həyatı təhlükəsi yoxdur. Bu təxribata görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür", - məlumatda bildirilib.