27 Aprel 2025
SON DƏQİQƏ! Fazil Mustafanın güllələnməsi ilə bağlı daha bir AÇIQLAMA

SON DƏQİQƏ! Fazil Mustafanın güllələnməsi ilə bağlı daha bir AÇIQLAMA

SON DƏQİQƏ! Fazil Mustafanın güllələnməsi ilə bağlı daha bir AÇIQLAMA

28 Mart 2023 19:29 | Baxış sayı: 650

Xəbər verdiyimiz kimi, Milli Məclisin deputatı Fazil Mustafa Bakıda yaşadığı evinin qarşısında güllələnib.

AJMEDİA.İNFO xəbər verir ki, Musavat.com-a verilən məlumata görə, evinin qarşısında silahlı hücuma məruz qalan millət vəkilinə bir neçə dəfə atəş açılıb. O, iki güllə yarası alıb, hazırda xəstəxanada əməliyyat olunur.

Daxili İşlər Nazirliyinin ( DİN) mətbuat xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev Musavat.com-a açıqlamasında bildirib ki, sözügedən hadisə ilə bağlı araşdırma davam edir.

“Araşdırma davam edir. Hadisəni törədənlərin kimliyi barədə hələ heç bir məlumat yoxdur” - Elşad Hacıyev deyib.