SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
11 saat əvvəlSON DƏQİQƏ! Cəbrayılda partlayış XƏSARƏT ALAN VAR
25 Avqust 2023 08:39 | Baxış sayı: 784
Cəbrayılda minatəmizləmə zamanı partlayış olub, xəsarət alan var.
Bu barədə DİN-in Mətbuat xidmətinin regional qrupundan bildirilib.
Belə ki, avqustun 25-də saat 10 radələrində Cəbrayıl rayonu Hüseynalılar kəndi ərazisində minatəmizləmə işləri aparılarkən mərmi alışdırıcısının partlaması barədə polisə məlumat daxil olub.
Hadisə nəticəsində 1999-cü il təvəllüdlü Qasımov Həbib əlindən xəsarət alıb. O xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
musavat.com