Yerusəlimdə bayram tədbirində erməni keşişlərin əxlaqsızlığı - VİDEO
4 saat əvvəlSON DƏQİQƏ açıqlaması: Azərbaycan Fransaya NOTA verəcək
29 İyun 2023 10:35 | Baxış sayı: 619
"Azərbaycan televiziyası əməkdaşlarının hücuma məruz qalmasını qınayırıq".
AJMEDİA.İNFO xəbər verir ki, bunu News24.az-a açıqlamasında Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva AzTV əməkdaşlarının Fransada təzyiqə məruz qalması ilə bağlı bildirib.
O, qeyd edib ki, bu hücum azad jurnalistika fəaliyyətinə qarşı hücum kimi dəyərləndirilməlidir:
"Baş vermiş bu hadisənin araşdırılması, hücumu törədənlərin müəyyən edilməsi və cəzalandırılması üçün müvafiq tədbirlər görüləcək. Təbii ki, səfirlik tərəfindən məsələ ilə əlaqədar Fransa XİN-ə nota göndəriləcək. Hesab edirik ki, hadisəni törədənlərin tapılıb cəzalandırılması gələcəkdə bu cür halların qarşısının alınması baxımından olduqca önəmlidir. Məsələ tərəfimizdən nəzarətdə saxlanılır".