SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
11 saat əvvəlŞöhrət ordenli ictimai xadim Əsgər Əsgərovun 70 illik yubileyidir
06 Mart 2025 19:06 | Baxış sayı: 216
04 mart 1955-ci ildə Naxçıvan Muxtar Respublikası Babək rayonunun Qoşadizə kəndində anadan olmuşdur. 1961-ci ildə Qoşadizə kənd orta məktəbinə 1ci sinifə getmiş, 1971-ci ildə Naxçıvan şəhər 7 №-li orta məktəbin 10-cu sinifini bitirmişdir. 1971-1976-cı illərdə Azərbaycan Dövlət Universitetinin Mexanika-Ruyaziyyat fakultəsində ali təhsil almışdır.
02 sentyabr 1976-cı ildən 01 dekabr 1976-cı ilədək “Sumqayıt Kimya Sənayesi” İstehsalat Birliyində mühəndis-riyaziyyatçı, 01 dekabr 1976-cı ildən 01 sentyabr 1977-ci ilədək “Sumqayıt Kimya Sənayesi” İstehsalat Birliyinin Avtomatlaşdırılmış İdarəetmə Sistemi şöbəsində mühəndis, 01 sentyabr 1977-ci ildən 22 yanvar 1979-cu ilədək “Sumqayıt Kimya Sənayesi” İstehsalat Birliyinin Avtomatlaşdırılmış İdarəetmə Sistemi şöbəsinin Məsələlərin hazırlanması və Tətbiqi sektorunda mühəndis-riyaziyyatçı, 19 fevral 1979-cu ildən 19 mart 1979-cu ilədək Naxçıvan rayon Rabitə Qovşağında 2-ci dərəcəli teleqrafist 16 may 1979-cu ildən 06 iyun 1980-ci ilədək Varonej şəhərində “ Əsas Hesablama Mərkəzi”ndə mühəndis, 11 iyun 1980-ci ildən 01 avqust 1980-ci ilədək Naxmeliorasiya Su Tikinti“ Trestində baş mühəndis, 01 avqust 1980-ci ildən 01 aprel 1981-ci ilədək Naxçıvan Muxtar Respublikası Statistika İdarəsində mühəndis-proqramçı, 01 aprel 1981-ci ildən 28 iyun 1988-ci ilədək mühəndis texniki, İqtisadi və Statistik Məsələlərin Proqramlaşdırılması Alqoritmizasiya bürosunda müdir, 28 iyun 1988-ci ildən 05 iyul 1989-cu ilədək Proqramlaşdırma və Riyazi Sstemlərlə Təminetmə bürosunda aparıcı mühəndis-proqramçı, 10 iyul 1989-cu ildən 02 sentyabr 1991-ci ilədək Bakı Elmi Tədris Mərkəzində aparıcı mühəndis-proqramçı, 02 sentyabr 1991-ci ildən 12 iyul 1993-cü ilədək həmin elmi mərkəzdə şöbə rəisi, 15 iyul 1993-cü ildən 15 aprel 1994-cü ilədək Naxçıvan Muxtar Respublikası Ali Məclisində Dövlət Quruculuğu, Yerli Dövlət və ictimai Təşkilatlarla İş şöbəsində referent, 15 aprel 1994-cü ildən 20 may 1994-cü ilədək Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Yerli Dövlət Hakimiyyəti Orqanları şöbəsində baş referent, 20 may 1994-cü ildən 22 sentyabr 1995-ci ilədək Naxçıvan Muxtar Respublikası Ali Məclisi İş İdarəsinin İqtisadiyyat və Qanunvericilik şöbəsində müdir müavini, 22 sentyabr 1995-ci ildən 24 mart 1997-ci ilədək Naxçıvan Muxtar Respublikası Ali Məclisi İşlər İdarəsinin İqtisadiyyat və Qanunvericilik şöbəsində baş referent, 24 mart 1997-ci ildən 25 oktyabr 2001-ci ilədək Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Dövlət Quruculuğu, Yerli Hakimiyyət Orqanları və İctimai Təşkilatlarla İş şöbəsində müdir vəzifələrində işləmişdir. 25 oktyabr 2001-ci ildən Naxçıvan Muxtar Respublikası Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsinin sədri vəzifəsində işləmişdir.
1990-1995-ci illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı olub.
05 iyun 2008-ci ildə “Tərəqqi” medalı, 04 mart 2010-cu ildə Naxçıvan Muxtar Respublikasının “Əməkdar Dövlət Qulluqçusu” fəxri adı, 05 iyun 2015-ci ildə “Şöhrət” ordeni ilə təltif olunub.
1996-cı ildən Yeni Azərbayca Partiyasının üzvüdür.
Evlidir. 4 övladı var.