SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
12 saat əvvəlSlovakiyada ATIŞMA: Baş nazir YARALANDI - VİDEO
15 May 2024 13:38 | Baxış sayı: 493
Slovakiyanın Baş naziri Robert Fitso atışma zamanı yaralanıb.
AJMEDİA.İNFO xarici mediaya istinadən xəbər verir ki, 59 yaşlı siyasətçi xəstəxanaya çatdırılıb.
Fitsonun başından və qarnından yaralandığı, atəş açan şəxsin isə saxlanıldığı bildirilir.
İlkin məlumata görə, hadisə Slovakiya Nazirlər Kabinetinin iclasından sonra baş verib. Belə ki, Robert Fitso ictimaiyyət qarşısına çıxdıqda bir neçə atəş səsi eşidilib.
Qeyd edək ki, R.Fitso 2023-cü ildən Slovakiyanın Baş naziridir.