Siyavuş Novruzov xəsarət aldı - Təcili əməliyyata götürüldü
20 Mart 2025 12:29 | Baxış sayı: 504
Milli Məclisin deputatı, Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov əməliyyat olunub.
AJMEDİA.İNFO manset.az-a istinadla xəbər verir ki, millət vəkili diz nahiyəsindən əməliyyat keçirib.
Siyavuş Novruzov idman edən zaman diz nahiyəsini zədələyib.
O, dövlət xəstəxanalarından birində əməliyyat olunub. Hazırda palataya köçürülüb. Xəstəxanada müalicə prosesləri davam etdirilir.
Siyavuş Novruzov məlumatı təsdiq edib.