20 Aprel 2025
Silahlılarla atışmada 2 əsgər həlak olub, 8 yaraqlı zərərsizləşdirilib

Silahlılarla atışmada 2 əsgər həlak olub, 8 yaraqlı zərərsizləşdirilib

Silahlılarla atışmada 2 əsgər həlak olub, 8 yaraqlı zərərsizləşdirilib

16 Aprel 2023 17:12 | Baxış sayı: 643

Pakistanın Cənubi Vəziristan əyalətində təhlükəsizlik qüvvələri ilə silahlılar arasında atışma olub.

Atışmada 8 silahlı zərərsizləşdirilib, 2 əsgər həlak olub.

Ordunun yaydığı açıqlamada atışma zamanı çoxlu sayda silah-sursatın ələ keçirildiyi bildirilir. Yaraqlıların hansı qruplaşmanın üzvü olduğu barədə məlumat verilmir.

Son aylar Pakistanda terror hücumları artıb. İslamabad bildirir ki, bu hücumlar Əfqanıstanda yerləşən “Pakistan Talibanı” qruplaşması tərəfindən planlaşdırılıb və idarə olunub. Əfqanıstan bu iddiaları rədd edir.