SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
12 saat əvvəlSilahlı qruplaşma kəndə hücum edib, 34 nəfər ölüb
28 İyun 2023 06:10 | Baxış sayı: 687
Burkino-Fasonun şimalındakı mərkəzi rayonlardan birinə silahlıların hücumu nəticəsində 31 hərbçi, 3 qruplaşma üzvü ölüb.
Bu barədə məlumatı yerli KİV yayıb.
Bildirilib ki, hadisə Navaka kəndində baş verib. Ötən ayın sonunda Burkino-Faso hakimiyyəti terrorçu qruplaşmalara qarşı mübarizə məqsədi ilə ümumi ictimai səfərbərlik elan edib.
Qeyd edilib ki, iki həftə öncə hakimiyyətin hərbi qüvvələri Burkino-Fasonun şimal-şərqində keçirdiyi hərbi əməliyyat nəticəsində 22 terrorçu zərərsizləşdirib.
Məlumata görə, 2015-ci ildən ölkə terrorçulara qarşı mübarizəyə qoşulub.