20 Aprel 2025
"Silahı yerə qoyan erməni hərbçilər AZADDIRLAR" - Hikmət Hacıyev

"Silahı yerə qoyan erməni hərbçilər AZADDIRLAR" - Hikmət Hacıyev

"Silahı yerə qoyan erməni hərbçilər AZADDIRLAR" - Hikmət Hacıyev

22 Sentyabr 2023 11:37 | Baxış sayı: 625

"Biz könüllü və fərdi seçim əsasında Xankəndi-Laçın yolu ilə mülki şəxslərin şəxsi avtomobilləri ilə hərəkətinin təhlükəsizliyini təmin edirik".

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezidentin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Beynəlxalq Qızıl Xaç Komitəsinin Bakı Ofisi, həmçinin digər beynəlxalq tərəfdaşlarla görüşünə dair “X” platformasında qeyd edib.

Hikmət Hacıyev bildirib ki, getmək istəyənlər əsasən hərbi qulluqçuların ailə üzvləridir.

“Könüllü surətdə silahı yerə qoyan hərbçilər açıq şəkildə bəyan etdiyimiz kimi azaddırlar”, - Prezidentin köməkçisi əlavə edib.