SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
10 saat əvvəl“Silah müqabilində neft”: israilli ekspertin Azərbaycanla bağlı məqaləsi
16 Fevral 2024 21:54 | Baxış sayı: 607
Ərəb mədəniyyəti üzrə israilli ekspert və Bar-İlan Universitetinin müəllimi Mordechai Kedar “Dostunu tanı” sərlövhəli məqaləsində qeyd edib ki, Azərbaycan İsrailə “dünyanın istənilən hökumətindən” daha yaxındır”
AJMEDİA.İNFO məqalədən bəzi abzasları təqdim edir:
"İsrailin beynəlxalq miqyasda bu qədər problemlərlə üzləşdiyi bir vaxtda yəhudi dövləti Azərbaycan kimi antisemitizmi olmayan və HƏMAS-la mübarizə apararkən yəhudi dövlətinin neft ehtiyatının 40%-ni təmin etməklə İsraili dəstəkləyən bir ölkəni həqiqətən də dəyərləndirməlidir.
Bəziləri İsraillə Azərbaycan arasındakı zəngin münasibətlərin neft müqabilində sövdələşmədən başqa bir şey olmadığını desələr də, mən hesab edirəm ki, iki ölkə arasındakı strateji əlaqələr bundan qat-qat artıqdır.
Oktyabrın 7-də “qırğın” baş verəndə Azərbaycan hökuməti bunu rəsmən pislədi və o vaxtdan İsrailin tərəfinə keçdi. İsrail əleyhinə etirazçılar Nyu York və London küçələrində yürüş edərkən, Bakıda bunu görmədik.
.Bəli, azərbaycanlılar bu münaqişədə dinc əhalinin əziyyət çəkməsindən çox təəssüflənirlər, lakin İsrailə qarşı qərəzli mövqe nümayiş etdirmirlər. Onları dünyanın digər hökumətlərindən fərqləndirən də budur. Ona görə də İsrail bu dostluğu qorumalıdır”.