20 Aprel 2025
Sığınacaqda virusa yoluxan uşaqların son durumu açıqlandı

Sığınacaqda virusa yoluxan uşaqların son durumu açıqlandı

Sığınacaqda virusa yoluxan uşaqların son durumu açıqlandı

02 Aprel 2025 10:35 | Baxış sayı: 451

"Azərbaycan Uşaqları" İctimai Birliyinin sığınacağında 8 uşaq rotavirusa yoluxub.

AJMEDİA.İNFO xəbər verir ki, bunu Teleqraf-a açıqlamasında "Azərbaycan Uşaqları" İctimai Birliyinin sədri Kəmalə Ağazadə deyib.

O bildirib ki, rotavirus ürək bulanma, qusma, yüksək qızdırma ilə başlayır.

"Bəzi uşaqlarda burundan qanaxma, ishal halları da olub. Hazırda vəziyyətləri orta ağır olduğundan 2 uşaq xəstəxanadadır. Digər 6 uşaq həkimlərin yazdığı təyinatlar əsasında sığınacaqda müalicə alır. Vəziyyətləri stabilləşməyə doğru gedir", - deyə sədr əlavə edib.