20 Aprel 2025
Si Cinpin Qələbə Günü münasibətilə Putini təbrik etməyib

Si Cinpin Qələbə Günü münasibətilə Putini təbrik etməyib

Si Cinpin Qələbə Günü münasibətilə Putini təbrik etməyib

09 May 2023 21:45 | Baxış sayı: 603

Mayın 9-da Çin Sədri Si Cinpin Rusiya Prezidenti Vladimir Putini Qələbə Günü münasibətilə yenə təbrik etməyib.

Bu barədə “Deutsche Welle” yazıb.

Nəşr qeyd edib ki, Pekin Qələbə Günü münasibətilə rəsmi təbrik barədə məlumat verməyib. Çin Xarici İşlər Nazirliyinin saytında Si Cinpinin mayın 9-da Putinə təbrik məktubu göndərdiyini göstərən heç bir məlumat yoxdur. Çin mətbuatı da bu barədə susub.

Maraqlıdır ki, ötən il də Çindən belə təbriklər gəlməyib, lakin Pekin öncəki illərdə - Ukraynada müharibə başlamazdan əvvəl Rusiyanı dəfələrlə təbrik edib.