SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
12 saat əvvəlSəudiyyə Ərəbistanının xarici işlər naziri və BMT-nin baş katibi mülki şəxslərin Sudandan təxliyəsini müzakirə ediblər
05 May 2023 05:09 | Baxış sayı: 578
Səudiyyə Ərəbistanının xarici işlər naziri şahzadə Faysal bin Fərhan Əl Səud və BMT-nin baş katibi Antonio Quterreş ordu xüsusi təyinatlılar arasında döyüşlərin davam etdiyi Sudandan mülki əhalinin təxliyəsi prosesini müzakirə ediblər.
Bu barədə Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyinin “Twitter“ səhifəsində məlumat verilib.
Telefon danışığı zamanı nazir baş katibi əmin edib ki, Səudiyyə Ərəbistanı Ər-Riyada müraciət etmiş xarici ölkə vətəndaşlarının təxliyyəsini davam etdirəcək.
Bundan əlavə, tərəflər Sudanda hərbi əməliyyatların dayandırılması, zorakılığın qarşısının alınması və mülki şəxslərin müdafiəsinin təmin edilməsi istiqamətində görülən səyləri müzakirə edib, həmçinin BMT və Səudiyyə Ərəbistanı arasında humanitar əməkdaşlığın bəzi aspektlərini nəzərdən keçiriblər.