SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
4 saat əvvəlŞərurda qətlə yetirilən şəxs kriminal avtoritetin qardaşı imiş - TƏFƏRRÜAT
20 Oktyabr 2023 06:57 | Baxış sayı: 643
Ötən gün Şərurda baş verən qətlin bəzi təfərrüatları məlum olub.
AJMEDİA.İNFO "Apa"ya istinadən xəbər verir ki, rayonun Yengicə kəndində qeydə alınan hadisəni törədən 1994-cü il təvəllüdlü Elvin Zaxarov qətlə yetirilən 1973-cü il təvəllüdlü Fariz Ağayevin yanında işləyib.
İlkin mübahisə pul üstündə düşüb. Mübahisə zamanı tərəflər bir-birlərinə söyüş söyüb. Daha sonra Elvin Zaxarov bıçaqla kənd meydanına gələrək Fariz Ağayevi qətlə yetirib.
Qətlə yetirilən Fariz Ağayev kriminal aləmdə "Dana Vüqar" kimi tanınan, məhkum olunmuş Vüqar Ağayevin qardaşıdır.