20 Aprel 2025
Sərnişinlərin NƏZƏRİNƏ! - Bu 3 marşrutun hərəkət istiqaməti DƏYİŞİR

Sərnişinlərin NƏZƏRİNƏ! - Bu 3 marşrutun hərəkət istiqaməti DƏYİŞİR

Sərnişinlərin NƏZƏRİNƏ! - Bu 3 marşrutun hərəkət istiqaməti DƏYİŞİR

29 May 2023 12:58 | Baxış sayı: 445

Biləcəri qəsəbəsi Ə.Qasımov küçəsində aparılan təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq edilib.

Bakı Nəqliyyat Agentliyindən AJMEDİA.İNFO-ya verilən xəbərə görə, tətbiq edilən məhdudiyyət səbəbindən 83, 91 və 92 nömrəli müntəzəm marşrutun hərəkət sxemi müvəqqəti olaraq dəyişdirilib.

Məhdudiyyət aradan qaldırıldıqdan sonra marşrutun əvvəlki sxem üzrə fəaliyyəti təmin ediləcək.