20 Aprel 2025
Sərnişin təyyarəsi havaya qalxarkən avtomobilə çırpıldı

Sərnişin təyyarəsi havaya qalxarkən avtomobilə çırpıldı

Sərnişin təyyarəsi havaya qalxarkən avtomobilə çırpıldı

12 Fevral 2025 17:49 | Baxış sayı: 374

Braziliyanın Rio-de-Janeyro şəhərində sərnişin təyyarəsi avtomobilə çırpılıb.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə Braziliya Aviasiya Qəzalarının Araşdırılması və Qarşısının Alınması Mərkəzi (CENIPA) məlumat yayıb.

Hadisə “Boeing 737 MAX” sərnişin təyyarəsinin uçuş-enmə zolağında irəlilədiyi zaman baş verib.

Xəsarət alan olmasa da, reys təxirə salınıb və sərnişinlər təyyarədən endirilib. Mümkün yanğının qarşısını almaq üçün yanğınsöndürmə qrupları cəlb olunub.

İlkin məlumata görə, təyyarə pikap və ya digər xidməti maşınla toqquşub.