İsrail İranın nüvə obyektlərinə hücumu istisna etmir – KİV
5 saat əvvəlSərnişin havada təyyarənin qapısını açmağa cəhd edib
19 İyun 2023 13:05 | Baxış sayı: 751
Filippinin Sebu şəhərindən Cənubi Koreyanın İnçon şəhərinə uçan “Jeju Air” aviaşirkətinə məxsus təyyarənin sərnişini uçuş zamanı təyyarənin qapısını açmağa çalışıb.
Bu barədə “Yonhap” agentliyi yazıb.
Qeyd olunur ki, göyərtəsində 180-ə yaxın sərnişinin olduğu təyyarənin havaya qalxmasından bir saat sonra sərnişinlərdən biri özünü qəribə şəkildə aparmağa başlayıb, döş qəfəsində ağrılar hiss etdiyini söyləyib. Ekipaj ona başqa yerə oturmağı təklif etsə də, o şikayətlənməyə və gəzişməyə davam edib. Həmin şəxs qəfildən qapıya tərəf qaçıb və onu açmağa çalışıb. Xoşbəxtlikdən göyərtə bələdçiləri və digər sərnişinlər sayıq davranaraq onu dayandırıblar.
Aviaşirkət nümayəndəsinin sözlərinə görə, insident hansısa zərərə səbəb olmayıb, xəsarət alan da olmayıb. Qapı bağlı qalıb. İnsidentə səbəb olan şəxs İnçon hava limanının polisinə təhvil verilib.