20 Aprel 2025
Sərnişin avtobusu maşının üstünə AŞDI: 21 nəfər... FOTO/VİDEO

Sərnişin avtobusu maşının üstünə AŞDI: 21 nəfər... FOTO/VİDEO

Sərnişin avtobusu maşının üstünə AŞDI: 21 nəfər... FOTO/VİDEO

28 Yanvar 2025 14:53 | Baxış sayı: 326

Lənkəranda ağır yol-nəqliyyat hadisəsi vaş verib.

AJMEDİA.İNFO “Qafqazinfo”-ya istinadən xəbər verir ki, hadisə Lənkəran-Boradigah-Masallı avtomobil yolunun Lənkəran şəhərindən keçən hissəsində qeydə alınıb.

Belə ki, sərnişin avtobusu minik avtomobilinin üzərinə aşıb.

Ağır qəzada xəsarət alanlar xəstəxanaya yerləşdirilib.

TƏBİB-dən bildirilib ki, qəza nəticəsində bu gün saat 13:30 radələrindən başlayaraq 21 nəfər Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Bədənin müxtəlif nahiyələrinin travmaları diaqnozları qoyulan şəxslərin hər birinə zəruri tibbi xidmətlər göstərilir.

Həmin şəxslər vəziyyətlərinə müvafiq olaraq müxtəlif şöbələrə yerləşdirilirlər.