Sergey Lavrov Türkiyədə səfərdədir
06 Aprel 2023 16:59 | Baxış sayı: 523
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Türkiyəyə səfər edib.
Nazirin Ankarada keçirəcəyi görüşlərdə enerji məsələləri, Ukrayna, taxıl sazişinin icrası, Qarabağdakı vəziyyət, həmçinin Ankara ilə Dəməşq münasibətlərinin müzakirə olunacağı gözlənilir.