SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
10 saat əvvəlSergey Lavrov Ararat Mirzoyanla üçtərəfli bəyanatların icrasını müzakirə edəcək
16 Mart 2023 15:58 | Baxış sayı: 344
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın Moskvaya səfərinin tarixi açıqlanıb.
Səfər martın 20-də baş tutacaq.
O, martın 20-də Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşəcək.
Nazirlərin qarşılıqlı maraq doğuran məsələləri müzakirə edəcəkləri gözlənilir.
XİN-dən verilən məlumata görə, nazirlər görüş zamanı həm də Azərbaycan, Rusiya və Ermənistan liderlərinin imzaladığı üçtərəfli bəyanatların icrasını müzakirə edəcəklər: “Biz gözləyirik ki, bu görüş Cənubi Qafqazda təhlükəsiz və sabit mühitin təmin olunmasına töhfə verəcək”.