SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
12 saat əvvəlSərfəli qiymətə avtomobil modelləri satışa ÇIXARILACAQ
25 Oktyabr 2024 12:37 | Baxış sayı: 291
"Tesla" 2025-ci ildə daha sərfəli elektrik avtomobil modellərini təqdim edəcək.
AJMEDİA.İNFO xəbər verir ki, bu barədə şirkətin maliyyə hesabatında qeyd olunub.
Hesabatda, 2025-ci ildə elektriklə işləyən sərfəli qiymətə avtomobil modellərinin istehsalına başlanacağı və bu vasitələrin eyni dövrdə bazara çıxarılacağı açıqlanıb. Bildirilib ki, "Tesla" yeni nəsil platformada hazırlanacaq bu avtomobillər üzərində işlərini davam etdirir. Lakin hesabatda yeni modellərin təfərrüatları açıqlanmayıb.
Məlumata görə, "Tesla" bu ilin əvvəlində elektriklə işləyən sərfəli avtomobillər təklif etmək istəyib. Lakin şirkət qarşılaşdığı böyük çətinliklərə görə qərarını təxirə salmalı olub. "Tesla"nın bu yeni modelləri elektrikli avtomobil bazarında daha geniş auditoriyaya müraciət etməyi hədəfləyir.